Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib.
"Report" xəbər verir ki, paylaşımda deyilir:
"Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!".
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.


Şərhlər
Gənclərdə işsizlikdən,pulsuzluqdan,əziyyətən hal qalıb ki,hələ təbrik anlasın?Gənclərin həyatı sanki qumara qoyulub.Təhsil o gündə,işsizlik,bu halda.narkomaniya yayılması həvəsi
( DTX,DİN DSX ) gənclərin nə qədəri ölkəni tərk edib.Bu halları görməzdən gəlmək ölkənin faciəsidir.