Menu

“Ermənistan Bakıdan idarə olunur” - Koçaryanın oğlu

02.02.2024, 11:02
“Ermənistan Bakıdan idarə olunur” - Koçaryanın oğlu

Ermənistanda Konstitusiyanın dəyişdirilməsi və bu sənəddən Azərbaycana qarşı ərazi iddialarının götürülməsi mövzusu ölkədəki radikal millətçi və rusiyapərəst qüvvələri ciddi narahat edir. Onlar Paşinyan hökumətini Azərbaycanın tələbləri əsasında hərəkət etməkdə günahlandırırlar.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu, deputat Levon Koçaryan öz sosial şəbəkə səhifəsində Ermənistanın Bakıdan idarə edildiyini yazıb: “Təəssüf ki, ölkəmiz faktiki olaraq Bakıdan idarə olunur”.

Müxalif “Ermənistan” fraksiyasının deputatı olan Koçaryan Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında ritorika oxşarlığına toxunub və qeyd edib ki, hər iki tərəf eyni tezislərlə çıxış edir.

“AzPolitika.info”

Şərhlər

Müntəzir Münasibli 2024-02-02 12:09:06

Gənc Oğlan, Ermənistan və Kremli də 1986 cı ildə rəsmi *qərb*lə mütəmadi (özəl məramlı dağıdıcı) gizli sövdələrin idarə etdiyini Abxazın Gürcüdən ayrılması, Azərbayccanın etnik soyqırımla işğalı, *Avropa evi* və NATOya iradlı Kremlin nədənsə, (Kasparyan əizəsi ilə) Ukraynanı məhv etməsi dağıdıb, özəlcə qərbin istismarına satma siyasəti deyilmi? Növbədə Belarus və Polşadır!?

Mubariz 2024-02-02 11:41:16

Düz deyirsən günah Bakınındır .Bakı sənin şərəfsiz atanı tələb etsəydi belə cəsarət etməzdin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol