Menu

ABŞ və Britaniya Yəmənə raket atıb

02.02.2024, 20:10
ABŞ və Britaniya Yəmənə raket atıb

ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan “Ənsar Allah”ın (Husilər) hədəflərinə azı dörd raket zərbəsi endirib.

Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat verib.

Bildirilib ki, Qırmızı dəniz sahilindən təxminən 100 kilometr aralıda yerləşən Həccə əyalətinin Əl-Cərr bölgəsi hücuma məruz qalıb.

Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol