Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən verilən xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.


Şərhlər
Qanunsuz,yəni tikintisinə icazə verilməyən tikintilər.Amma icazə verilməsə şəhərin içində və ya çölündə balaca bir quş yuvası,it damı da olsa tikmək olarmı?Alın çox yox,on-on beş kubik,bir vedrə sement,bir-iki vedrə də qum,şəhərin hər hansı bir yerində boşaldın onları,başlayın sementi-qumu qarışdırmağa ki,guya nəsə tikmək istəyirsiniz,çox yox,bircə saata baxın görün yanınıza papkalı-papkasız nə qədər məmur gələcək soruşacaq,yığışdır bunları deyəcək.Doğru da edəcək.Özbaşınalıqdırmı kim harda nə istəsə tiksin?Demək harada irili-xırdalı nə tikilibsə,icazə verilib ki tikilib.Yazılı ya şifahi.İcazə verlməsə tikmək tamamilə qeyri-mümkündü.Amma dövlət yazılı qanunları tanıyır dünyanın hər yerində olduğu kimi.Demək əgər şifahi icazə verilibsə bu o deməkdir ki o icazəni verən rüşvət alıb yüz faiz,deyib ki get tik,kim mane olsa mənə xəbər elə.Bax həmin o icazə verəni də tutub sökmək lazımdır.O şəhərin,o rayonun icrakomu da,bələdiyyəsi də,fövqəladəsi də,memarı da,JEK-idə,polis rəisi də,uçastkovısı da,hamısı birbaşa ya da dolayısıyla bu icazəyə ortaq olan məmurlardır.Çünki o boyda tikililərə hələ fundament qazıldığında onları görməmək,onlarla maraqlanmamaq əsla mümkün olan şey deyil.