İki gün ərzində Rusiya ordusu Ukraynanın şərqindəki Krivoy Roq şəhərinin elektrik təsərrüfatına dronlarla zərbə endirib. Nəticədə şəhərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, iki qazanxana söndürülüb və tramvay xətti kəsilib.
Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkulun sözlərinə görə, Rusiya hərbçiləri regionun enerji infrastrukturunahücum edib. Bu, artıq ikinci gündür ki, baş verir, fevralın 2-də Ukrayna hakimiyyəti Krivoy Roq yarımstansiyasına pilotsuz uçan aparatlarla zərbəl’r endirdiyini bildirib.
Ukrayna hərbçilərinin məlumatına görə, fevralın 3-nə keçən gecə Rusiya 14 PUA və iki X-59 qanadlı raket ilə Ukraynaya hücum edib. 9 pilotsuz təyyarənin vurulduğu bildirilir, qalanların hara düşüdüyü barədə məlumat yoxdur.
“AzPolitika.info”


Şərhlər