Menu

ƏSF "Dəmir Bank"ın kreditorlarına müraciət edib

03.02.2024, 13:17
ƏSF "Dəmir Bank"ın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.

Müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ƏSF-nin Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün qaynar xətt: (+994) 941

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol