Menu

İraqda ümummilli matəm elan edildi

03.02.2024, 20:03
İraqda ümummilli matəm elan edildi

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə terror hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.

Bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir.

“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, - fərmanda bildirilir.

İraq hökumətinin məlumatına görə,  işğalçı ABŞ hərbi birləşmələrinin terror hücumu nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb. (Mənbə: TASS)

Şərhlər

Cəmşid Dərələyəzli 2024-02-04 10:23:03

Səddam asılanı, İraq xalqı hüzur nədir bilmir. O zaman Səddam demişdi, Amerika əsgərlərinə güllə atmayan İraq kişiləri vaxt gələcək arvad kimi dizlərinə döyüb ağlayacaqlar. Həqiqətən də illərdir bu belə də oldu. .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol