Menu

Biləsuvar şəhərində və iki kəndində elektrik xətləri yenilənir

04.02.2024, 13:42
Biləsuvar şəhərində və iki kəndində elektrik xətləri yenilənir

Biləsuvar şəhəri ərazisində və iki kənddə elektrik xətləri yenilənir.

"Report"un Muğan bürosunun məlumatına görə, artıq şəhər ərazisində yerləşən 11 nömrəli xətdə SİP kabelləşmə işləri başa çatmaq üzrədir.

Həmçinin 6 nömrəli xəttin əhatə etdiyi Biləsuvar şəhərinin Təyyarə meydanı, Promxor adlanan ərazilərində, eyni zamanda Aşağı Cürəli və Əsgərabad kəndlərində də işləri aparılır.

İşlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Qeyd edək ki, Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik xətləri yararsız vəziyyətdə olduğu üçün, tez-tez enerjinin verilişində problemlər yaranırdı.

Şərhlər

Energetik 2024-02-04 17:25:42

Bəs Lənkran,Lerik,Ağdaş-Kürdəmir.Şamxör-Qazax ,Şamaxı-İsmaiıllı,Balakən-Oğuz kəndləriə nə zaman növbə çatacaq?Azərbaycan Energetika Nazurkiyi bu barədə düşünürmü?Niyə ökənin enerji sahəsi belə unudulmuş haldadır.Kim bu məsələ ilə mataqlanmalıdırr?Nazurlər kabinneti niyə nazirlərin fəaliyyətinə nəzarərdən kənarda qalıb?

Gərmətük qəsəbəsi sakinləri ad 2024-02-04 14:25:51

Vüqar müəllim söz verdi Lənkəran rayonu Gərmətük qəsəbəsi kabelləşəcək biz də hələ gözləyirik olar inşallah

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol