Çilinin Valparaiso şəhərində meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə ölkə Prezidenti Qabriel Boriç xəbər verib.
"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - o, Prezident Administrasiyasının “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib.
Boriç həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib.
“Bütün ölkə əzab çəkir və ölənlərə yas saxlayır”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev dağılıb. "Vina del Mar bələdiyyəsində daha çox ziyan dəytib", - Boriç qeyd edib.


Şərhlər