Menu

Əmək pensiyaları indeksləşdiriləcək

05.02.2024, 12:40
Əmək pensiyaları indeksləşdiriləcək

Əmək pensiyaları indeksləşdiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Pensiyaçı 2024-02-05 13:42:07

Sadə vətəndaş burada nə anlaya bilər?Belə anlayışsız,istehlak mallarındakl bahalaşma nəzərə alınmadan,əhalinin yaşamına ciddi təsit edən həqiqətdən çox uzaq inflyasiya rəqəmi göstərib,üzərində manirulyasiya etmək ayıb deyil?axı vətəndaşın güzəranı,sağlamlığı təhlükə qatşısında qoyulur.DSK nə qədər Prezidenti aldadıb millətə zülm olmasına şərait yaradacaq?'

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol