Prezident Volodimir Zelenski təkcə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı deyil, həm də Baş Qərargah rəisi Sergey Şaptalanı əvəzləmək fikrindədir.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın ən nüfuzlu mətbu orqanlarından olan “Ukrainskaya Pravda” nəşri özünün hökumət dairələrindəki mənbələrinə istinadla yazıb.
Xəbərdə deyilir ki, general-mayor S.Şaptala da Zalujnı ilə birgə istefaya göndəriləcək və bu qərar yaxın günlərdə elan olunacaq: "Şaptala Baş Qərargahı tərk edəcək. Digərlərinin taleyi isə qeyri-müəyyəndir. Bütün bu hadisələr (Zalujnı və Şaptalanın dəyişdirilməsi - red.) həftənin ortalarında baş verə bilər”.
Qeyd edək ki, İtaliyanın “Rai1” telekanalına müsahibəsində Zelenski təkcə Zalujnının işdən çıxarılmasından deyil, müxtəlif sektorların yenidən işə salınmasından və ayrı-ayrı dövlət rəhbərlərinin yenilənməsindən danışıb. Onun fikrincə, lazımi dəyişikliklərə və irəliləyişə nail olmaq üçün bir nəfərin dəyişdirilməsi kifayət etməyəcək.
“AzPolitika.info”


Şərhlər