Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın agent şəbəkəsinin ifşa edildiyini açıqlayıb.
"AzPolitika.info" xəbər verir ki, həbs olunanlar arasında Donetsk vilayətindəki müdafiə zavodunun mühəndisi və şəhər şurasının rəsmisi də var.
Əməliyyat nəticəsində Odessa, Zaporojya və Donetsk vilayətlərində fəaliyyət göstərən 5 rus agenti həbs edilib. Məlumata görə, onlar hərbi texnikaların yerləşdiyi yerlərdə kəşfiyyat işləri apararaq, qarşı tərəfə məxfi məlumatlar ötürüblər.
"AzPolitika.info"


Şərhlər