Menu

Gürcüstan DTX-dən əməliyyat - Partlayıcı maddələr və detonatorlar aşkarlandı

05.02.2024, 18:45
Gürcüstan DTX-dən əməliyyat -  Partlayıcı maddələr və detonatorlar aşkarlandı

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyaya külli miqdarda partlayıcı maddənin keçirilməsinin qarşısını alıb.

Məlumatı Gürcüstan DTX yayıb. Bildirilib ki, Ukrayna vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilərkən hərbi təyinatlı, ümumi çəkisi 14 kiloqram plastik partlayıcı maddə C-4, həmçinin 6 ədəd detonator aşkarlanıb.

İstintaq nəticəsində yükün bu ilin 19 yanvarında Ukraynanın Odessa şəhərindən yola düşdüyü, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçərək “Sarp” gömrük-keçidi məntəqəsindən Gürcüstana daxil olduğu, buradan isə “Dəryal” keçidi ilə Rusiyanın Voronej şəhərində aparılmasının planlaşdırıldığı müəyyən edilib.

Gürcüstan DTX-nın apardığı əməliyyat istintaq tədbirləri nəticəsində partlayıcı vasitələrin Gürcüstana gətirilməsində iştirak etmiş 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı müəyyənləşdirilib.

“AzPolitika.info” gürcü mediasına istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlyi Xidməti partladıcı qurğuların elektrik avtomobilləri üçün akkumulyatorlar adı ilə daşındığını açıqlayıb. Gürcüstan DTX istisna etmir ki, təşkilatçılar Gürcüstan ərazisində terror aktları həyata keçirməyə hazırlaşırdılar.

Məlumata görə detonatorlardan üçü Rusiya-Gürcüstan sərhədində saxlanıb. Daha üç qurğu isə Tbilisdə “konkert ünvanda” aşkar olunub.

Gürcüstan antiterror mərkəzinin rəhbəri Baça Mqeladze deyib ki, Tbilisdə saxlanan üç qurğunun Rusiyaya göndərilməli olduğu və ya Gürcüstan ərazisində istifadə olunacağı hazırda araşdırılır.

Məlumata görə, yükün daşınmasını Ukrayna vətəndaşı, Batumidə doğulmuş Andrey Şaraşidze təşkil edib.

O 2020-ci ildə prezident Volodimir Zelenskinin “Xalqın xidmətçidsi” partiyasından Odessa şəhər bələdiyyəsi üzvlüyünə namizədlyini vermişdi.

Ukrayna Gürcüstan DTX-nin ittihamlarını hələ ki, şərh etməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol