Menu

Robert Koçaryanın oğlu Ermənistan İstintaq Komitəsinə çağırılıb

05.02.2024, 21:52
Robert Koçaryanın oğlu Ermənistan İstintaq Komitəsinə çağırılıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Ermənstan mediası məlumat yayıb.

"Mən və Sergey Asaturov (Ermənistan Pauerliftinq Federasiyasının baş katibi) sentyabrın 22-də mənə qarşı başlanmış siyasi təqib işi üzrə istintaq komitəsinə çağırıldıq. Bizə hansı "sürpriz"in hazırladığı bir müddətdən sonra məlum olacaq", - deyə Koçaryan bildirib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında levon Koçaryanın həbs müddəti uzadılmışdı.

O, Baş nazir Nikol Paşinyan əleyhinə aksiyalarda saxlanılıb. Levon, dörd polis əməkdaşını döyməkdə ittiham edilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol