Menu

Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açıb - VİDEO

06.02.2024, 17:41
Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açıb - VİDEO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gənclər dostunun toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan "Odlar Yurdu"nda yoxlamalara başlayıb.

"Yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov bir gün əvvəl dostlarından birinin toyunu qeyd edib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayanıb, 10 nəfər gənc çölə çıxaraq avtomat və tapançalarla havaya atəş açmağa başlayıb. Atəş səsləri yerli sakinləri qorxudub. Nəticədə Əhmədov və onun 9 dostu saxlanılıb, polis əməkdaşına tabe olmama maddəsi ilə protokollar tərtib edilib, iş materialları məhkəməyə verilib", - deyə "Shot" yazıb.

Şərhlər

ƏNHU 2024-02-06 22:43:33

BUNLARI QUDURDAN DƏDƏLƏRİNİN PULLARIDIR. DƏDƏ KÖPƏK OĞLU DA DEMİR Kİ, AY BALA CƏMİYYƏT İÇİNDƏ ÖZÜNÜZÜ NORMAL APARIN.ƏKSİNƏ, GET KEF ELƏ DEYİR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol