Rusiya Avdeyevka istiqamətində canlı qüvvə və texnika itirməkdə davam edir.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna ordusunun generalı Aleksandr Tarnavski öz “Telegram” kanalında ukraynalı döyüşçülərin Rusiyanın “Ka-52”(“Alliqator”) hücum helikopterini vurduğunu yazıb.
Briqada komandiri əlavə edib ki, düşmənin “Alligator” helikopteri öz ekipajı ilə birlikdə Avdeyevka istiqamətində torpağa gömülüb. Qeyd edək ki, “Ka-52” Rusiya ordusunda ən bahalı helikopterlərdən sayılır. Onun qiyməti təxminən 5 milyon dollardır. Müharibə başlayanda Rusiyanın cəmi 90 ədəd “Ka-52”-si olub.
“AzPolitika.info”


Şərhlər