Menu

“Nizamlanma prosesində Moskvanın roluna alternativ yoxdur” - “Rusiyada demarkasiya üçün eksklüziv materiallar var”

08.02.2024, 17:37
“Nizamlanma prosesində Moskvanın roluna alternativ yoxdur” -  “Rusiyada demarkasiya üçün eksklüziv materiallar var”

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində Moskvanın roluna alternativ yoxdur.

Ermənistan və Azərbaycan arasında münaqişənin həlli prosesini şərh edən Rusiya rəsmisi vurğulayıb ki, Moskvanın vəzifəsi iki ölkəyə barışıq və dinc əməkdaşlıq axtarışlarında kömək etməkdir.

"Rusiyanın himayəsi altında, Prezident Vladimir Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında nizamlanmanın əsasları yaradılıb", - Qaluzin vurğulayıb.

Rusiya diplomatiyası rəhbərinin müavini əlavə edib ki, Moskva sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlərdə yardım göstərir. Qaluzin həmçinin qeyd edib ki, Rusiya tərəfində Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üçün zəruri olan eksklüziv materiallar var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol