Fevralın 8-də Ukraynanın Dnepropetrovsk vilayətində, Nikopol şəhər merinin müavini Vitali Juravlev öldürülüb.
“AzPolitika.info” xəbər verir ki, evinin yaxınlığında naməlum şəxslər onun avtomobilinə atəş açıblar. Prokurorluq araşdırmaya başlayıb, baş verənlərlə bağlı rəsmi versiyalar açıqlanmayıb.
“Ukrainskaya pravda”nın mənbəsi iddia edir ki, əsas versiyalardan biri vitse-mer ilə yerli cinayətkar qrup arasında 2017-ci ildən davam edən münaqişədir. Nikopol Dnepr sahillərində, Rusiya ordusunun nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının qarşısında yerləşən cəbhə şəhəridir. Nikopol dəfələrlə rus qoşunları tərəfindən atəşə və raket hücumlarına məruz qalıb.
“AzPolitika.info”


Şərhlər