Menu

"Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk" - Vladimir Putin

08.02.2024, 20:06
"Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk" - Vladimir Putin

Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk.

"Report" xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməyi münasibətilə göndərdiyi təbrik məktubunda bildirilib.

V.Putin bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işin davam etdiriləcəyinə əminliyini qeyd edib.

"Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir", - məktubda vurğuanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol