Menu

Kuba lideri Prezident İlham Əliyevi təbrik edib

08.02.2024, 23:25
Kuba lideri Prezident İlham Əliyevi təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, Kuba Prezidenti "X" sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.

Şərhlər

Vüsal 2024-02-09 10:59:39

Kuba heç Azərbaycanı tanıyır ki. hələseçkini izləsin?Bu ajiotajın mənasızlığı deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol