Məlum olduğu kimi, 7 fevral tarixində Azərbaycanda baş tutan növbədənkənar prezident seçkisində səsvermə mərhələsinə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə, seçici fəallığı 76,43 faiz olub.
Namizədlərdən - İlham Əliyev – 92,12 faiz (4 577 693 səs), Zahid Oruc - 2,17 faiz (107 877 səs), Fazil Mustafa – 1,98 faiz (98 623 səs), Qüdrət Həsənquliyev - 1,72 faiz (85 607 səs), Razi Nurullayev - 0,80 faiz (39 797 səs), Elşad Musayev - 0,66 faiz (32 956 səs), Fuad Əliyev - 0,53 faiz (26 561 səs) səs toplayıb.
Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən etibarən 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Konstitusiyanın 102-ci maddəsinə görə, seçkinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.
Qeyd edək ki, prezident seçkisinin yekunları Konstitusiya Məhkəməsinin 9 hakimi tərəfindən yoxlanılacaq.

Hazırda Konstitusiya Məhkəməsinə Fərhad Abdullayev sədrlik edir.

Onun müavini isə Sona Salmanovadır. Digər hakimlər - Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdir.
“AzPolitika.info”

Şərhlər
Azərbaycanda ədalətli hakim varmı ki, seçki yekunlarını da ədalətlə yoxlasın. Ölkədən ədalət qaçıb və onu axtarıb tapan yoxdur.