Menu

İsrail HƏMAS taborlarının dörddə üçünü məhv edib - Netanyahu

11.02.2024, 23:08
İsrail HƏMAS taborlarının dörddə üçünü məhv edib - Netanyahu

İsrail ordusu HƏMAS taborlarının dörddə üçünü məhv edib.

“Report” “Fox News”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Qələbə əldə etmək olar. Artıq 24-dən 18-i olan HƏMAS terror taborlarının dörddə üçünü məhv etmişik. Qalan altısının isə qalmasına imkan verməyəcəyik. Bu, İŞİD-in dörddə birini İraqda qoyub və “Qoy onların öz kiçik ərazisi olsun, hər şey qaydasındadır” deməklə eynidir”, – o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol