“İranda çox sayda insan Azərbaycanı səhvən Tehranın təsir dairəsindən kənarda qalmış İran vilayəti kimi görür”.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusununun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“İran təhlükəsi Azərbaycana necə təsir edir” sərlövhəli məqalədə qeyd olunub ki, bu qüvvələr Azərbaycanın İsrail dövlətinin müttəfiqi olmaqla müstəqil ölkə olması və dini fundamentalizmə qarşı çıxan dünyəvi hökumət tərəfindən idarə olunması gerçəkliyi ilə barışa bilmirlər. Bu azmış kimi, İran daxilində Azərbaycanın qalan hissəsi ilə birləşmək istəyən azərbaycanlıların mövcudluğunu da qəbul edə bilmirlər.Tehran rejimi ölkə daxilindəki xalqları, İsrail dövlətini və onun Azərbaycan kimi müttəfiqlərini, habelə Körfəz ölkələrini və bütün azad dünyanı təhdid etməkdə davam edir. Bu təhdidlər və hücumlar İsrail və HƏMAS arasındakı müharibədən sonra daha da kəskinləşib, belə bir vəziyyətdə İranın əlaltıları İsrail və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə də hücum edirlər.
Yazıda bu yaxınlarda molla rejiminə qarşı etirazlara qatılmaq qərarına gəlməzdən iki ay əvvəl dərmanlarını qəbul etməyi dayandırdığı bildirilən və bipolyar pozğunluğu olan 23 yaşlı Güney azərbaycanlı Məhəmməd Qubadlının edamı məsələsinə də yer verilib. Adıçəkilən şəxsin vəkili Əmir Raesianın Qubadlının edamını müvəkkilinin psixi sağlamlığına görə “qətl” adlandırdığı bildirilib. Həmçinin qeyd olunub ki, məhkəmə Qubadlının əqli cəhətdən qüsurlu olmasına baxmayaraq, onun hərtərəfli psixi sağlamlığının qiymətləndirilməsindən imtina edərək barəsində ölüm hökmü çıxarıb. Norveçin İran İnsan Haqları Təşkilatının direktoru Mahmud ƏmiriMüqəddəm də Güney azərbaycanlının edamını “məhkəmədən kənar qətl” kimi pisləyib.
Müəllifin fikrincə, on milyonlarla azərbaycanlını milli zülm altında saxlayan İran rejimi daxilində qonşu Azərbaycanlamüştərək layihələrdə iştirak etmək istəyən qüvvələr olsa da, müstəmləkəçilik perspektivlərindən çıxış edərək bu Qafqaz ölkəsi ilə normal münasibətlərə etiraz edən qüvvələr üstünlük təşkil edir və sözügedən qüvvələrin fanatizmi bir il əvvəl Azərbaycan səfirliyinə edilmiş hücumla pik həddə çatıb. Bu mənada israilli professor əmindir ki, Azərbaycan molla qaragüruhunun mənfi niyyətlərinin qarşısını almağa davam etdikcə, onun mili və dövlət maraqları indiki kimi təhlükə altında olacaq.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:


Şərhlər