Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirlənidirlən Babək Həsənov və Afiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-aın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə B. Həsənov və A. Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, keçən il iyulun 4-də bir neçə şəxs avtomobillə Mingəçevir şəhər sakini Qəhrəman Orucovun idarə etdiyi “VAZ 2106”nın qarşısını kəsib. Onlar hədə-qorxu yolu ilə Q.Orucovun maşındakı pulu götürərək uzaqlaşıblar. Yasamal və Sabunçu rayon Polis İdarələri əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Babək Həsənov və Afiq Məmmədov saxlanılıb. Onlardan oyuncaq tapança götürülüb.


Şərhlər