Menu

İranda terror aktı - Magistral qaz boru xətti partladılıb

14.02.2024, 11:29
İranda terror aktı - Magistral qaz boru xətti partladılıb

Ötən gecə iki terror aktı nəticəsində İranın Fars və Çahar-Mahal və Bəxtiyari vilayətlərində magistral qaz boru xətti partladılıb.

Trend-in məlumatına görə, bunu İranın Milli Qaz Şirkətinin dispetçer müdiri Səid Əqli deyib.

Onun sözlərinə görə, iki ayrı-ayrı yerdə törədilən terrakt nəticəsində ölən və yaralanan olmayıb.

Əqli bildirib ki, qaz boru xəttinin iki hissədə partladılması ilə İsfahan vilayətində müəyyən kəndlərə qaz verilişi dayandırılıb. Boru xəttinin partladılması nəticəsində baş verən yanğın söndürülüb.

Hazırda boru xəttinin təmir olunması istiqamətində işlər aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol