“Vaşinqton Bakının və İrəvanın mövqelərini yaxınlaşdırmağa çalışacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Turan” agentliyinin müxbiri ilə söhbətində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen bildirib.
Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri şərh edən amerikalı diplomat deyib: “Hesab edirəm ki, bu gərginlik diplomatik səylərin daha fəal aparılmasının vacibliyini bir daha sübut edir”.
O'Brayen bəyanatları Münhen Təhlükəsizlik Konfransına getməzdən əvvəl verib.Bununla belə, dövlət katibinin müavini Münhendə Azərbaycanla Ermənistan arasında danışıqların olub-olmayacağını qeyd etməkdən yayınıb.
“AzPolitika.info”


Şərhlər