Menu

“Cənubi Qafqazda ədalətli sülhə çağırırıq” - Üç ölkədən Cənubi Qafqaz bəyanatı

14.02.2024, 18:33
“Cənubi Qafqazda ədalətli sülhə çağırırıq” - Üç ölkədən Cənubi Qafqaz bəyanatı

Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri “Veymar üçbucağı” çərçivəsində görüş keçirib.

“AzPolitika.info” xəbər verir ki, görüşün yekunlarına dair yayılan bəyanatda tərəflər Cənubi Qafqazdakı vəziyyətə də toxunublar.

“Biz Cənubi Qafqazda ədalətli və sabit sülhə çağırırıq. Ermənistan və Azərbaycan arasında dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının vasitəçilik səylərini dəstəkləyirik. Biz Cənubi Qafqaz dövlətlərinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - bəyanatda deyilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol