Azərbaycanın ən məşhur turizm məkanı olan "Şahdağ" qış-yay turizm kompleksi yeni mövsüm üçün qiymətləri açıqlayıb.
“Marja” Fins.az-a istinadən xəbər verir ki, Kompleksdən verilən məlumata görə, xizək mövsümü dekabrın 15-dən başlanır. Amma artıq indidən kompleksdəki xidmətlərin qiymətləri məlumdur.
Əhalinin böyük hissəsini maraqlandıran kompleksdə xizək sürmə və kanatla gəzinti qiymətləri artıb. Belə ki, bu il "Şahdağ"da xizək sürmə qonaqlara 20-30 manat başa gələcək.
Qeyd edək ki, ötən il kompleksdəki qiymətlər adi günlər və həftə sonu üçün fərqlənirdi. Yəni adi günlərdə qiymətlər həftəsonuna nisbətən ucuz idi. Məsələn, yeni başlayanlar adi günlərdə xizək sürmək üçün 12 manat xərclədikləri halda həftə sonu bu məbləğ 20 manata qalxırdı və s. Amma bu il adi günlər üçün qiymələr ləğv edilib. Bütün günlər həftə sonu tarifləri ilə aparılacaq. Nəticədə böyüklər üçün qiymətlər 12 manatdan 20 manata, uşaqlar üçün isə 12 manatdan 18 manata qaldırılıb.
Şahdağda kanat gəzintisinin də qiyməti artıb. Uşaqlar üçün bir günlük kanat gəzintisinin qiyməti 10 manatdan 16 manata, böyüklər üçün isə 25 manat olub.
|
Xizək sürmək (tam gün) |
2013 |
2014 |
||
|
Adi günlər |
Həftə sonu |
Adi günlər |
Həftə sonu |
|
|
Yeni başlayanlar |
12 manat |
20 manat |
20 manat |
20 manat |
|
Orta |
20 manat |
30 manat |
30 manat |
30 manat |
|
Peşəkar |
30 manat |
45 manat |
45 manat |
45 manat |
|
Uşaqlar |
12 manat |
18 manat |
18 manat |
18 |


Şərhlər