Menu

“Makron pis vəziyyətdə qalıb” – “Münhendə İlham Əliyevlə üz-üzə gələcək...”

15.02.2024, 18:10
“Makron pis vəziyyətdə qalıb” – “Münhendə İlham Əliyevlə üz-üzə gələcək...”

“Almaniya kansleri Olaf Şolts həm İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi, həm də Azərbaycan dövlət başçısını fevralın 16-18-də Münhendə ənənəvi keçirilən Təhlükəsizlik Konfransına dəvət etdi. Bu vəziyyətdə Fransa Prezident Emmanuel Makron çıxılmaz vəziyyətdə qalıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb. Ekspert bildirir ki, Makron bir tərəfdən ermənipərəst mövqeyindən əl çəkmir, digər tərəfdən Olaf Şoltsdan sonra İlham Əliyevi təbrik etməkdən başqa alternativi qalmayıb.

“Münhen Təhlükəsizlik Konfransına xeyli prezident və baş nazir qatılacaq. Əgər həmin konfransa Makron da qatılacaqsa, onun İlham Əliyev üz-üzə gəlmək ehtimalı var. Ona görə Makronun təbrik məktubu göndərmək üçün bir günü qalıb”, - E. Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol