NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi yaradılır.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.
O bildirib ki, mərkəz Polşanın Bıdqoş şəhərində yerləşəcək:
"Bu mərkəz Ukraynaya Rusiya müharibəsindən öyrəndiyi dərsləri bölüşməyə imkan verəcək və bu, Ukrayna qüvvələrinin müttəfiqləri ilə birlikdə öyrənməsi və təlim keçməsi üçün struktur yaradacaq".
NATO Baş katibi deyib ki, alyans müttəfiqləri Ukraynanın yanında olmağa davam edəcək.
"Bu həm Ukraynanın, həm də bizim təhlükəsizliyimiz üçündür", - deyə Stoltenberq vurğulayıb.


Şərhlər
Cənab Stoltenberq əslində Siz özünüz də bilirsiniz ki, dediyiniz bu fikirdə "Bu həm Ukraynanın, həm də bizim təhlükəsizliyimiz üçündür", səmimi deyilsiniz. Əslində bu siz Avropalılar üçündür. Yoxsa Ukrayna sizin umurunuzda da deyil. Ukrayna sadəcə bu məsələdə qurbanlıq quzudur. Nə yazıq ki, Zelenski hələ də bunu görməyəcək qədər klordur.