ABŞ Konqresinin Nümayəndələr Palatasındakı konqresmenlər Ukrayna, İsrail və Tayvana maliyyə yardımı haqqında qanun layihəsini müzakirə etdikdən sonra Konqres fevralın 28-dək tətilə çıxmaq qərarına gəlib. Konqresmenlər bu mühüm sənədi qəbul etməyiblər.
“AzPolitika.info” xəbər verir ki, “Amerikanın səsi”nin məlumatına görə, Nümayəndələr Palatası yalnız fevralın sonunda Ukraynaya yardım məsələsinə baxacaq.
Qeyd olunur ki, konqresmenlər fasilə elan etməzdən əvvəl Senatın razılaşdırdığı formada sənədə səs vermək və ya ona düzəliş etmək məsələsini müzakirə ediblər. Lakin onu təsdiqləməyiblər.
ABŞ Prezidenti Co Bayden qanunvericilərin tətilə çıxmaq qərarını kəskin tənqid edib. O, “Twitter”-də (X) yazıb ki, Rusiya işğalına müqavimət göstərməkdə davam edən Ukraynaya yardım haqqında qanun layihəsinə səs verməkdən imtina edənlər “unudulmayacaq”.
“AzPolitika.info”


Şərhlər