Fevralın 13-də Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən inauqurasiya mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri, deputat Vasif Talıbov iştirak etməyib.
Qeyd edək ki, protokola görə, mərasimdə hökumətin tam tərkibi, yüksək məhkəmə instansiyalarının sədrləri, Milli Məcis üzvləri iştirak edir.
Vasif Talıbov ötən il vəzifədən çıxarılsa da, Naxçıvandan, 1 saylı Şərur-Sədərk seçki dairəsindən millət vəkili olaraq qalır. Deputat olmasına baxmayaraq, o, ölkə parlamentin iclasına sonuncu dəfə 2020-ci ilin əvvəlində, V çağırış Milli Məclisin açılış sessiyasında qatılıb. Ötən 4 il ərzində Talıbov bir dəfə də olsun Milli Məclisə ayaq basmayıb ki, bu da qurumun daxili nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Vasif Talıbovun Prezidentin inauqurasiya mərasimində iştirak etməməsi ilə bağlı müxtəlif versiyalar var. “Gununsesi.info” saytının yaydığı məlumata görə, Vasif Talıbov mərasimə dəvət olunmayıb. Qeyd olunur ki, o, bu tədbirə qatılmaq üçün Naxçıvandan Bakıya gəlsə də, adının dəvətlilər siyahısında olmadığını öyrənib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər