Ukrayna Türkiyənin istehsal edəcəyi KAAN qırıcılarını alacaq.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “CNN Türk”-ə müsahibəsində deyib.
Səfir KAAN-ın ən müasir ABŞ təyyarələri ilə rəqabət apara biləcəyini qeyd edib: “İnanıram ki, KAAN-ın F-35 və F-22 ilə rəqabət aparmaq üçün bütün potensialı var. Bu, gələcəyin hekayəsidir. Bunu uğur hekayəsinə çevirə bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını ala bilsək, regionun ən güclülərindən birinə çevriləcəyik”.
Səfir əlavə edib ki, Ukrayna şirkətləri KAAN qırıcısı üçün mühərrikin hazırlanmasında iştirak edir. Bununla bağlı danışıqlar hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl başlayıb.
Qeyd edək ki, KAAN 5-ci nəsil qırıcılarının kütləvi istehsalı 2028-ci ilə planlaşdırılır. Paralel olaraq Türkiyə süni intellektin inteqrasiyası ilə altıncı nəsil döyüş təyyarəsi hazırlamağa başlayıb.
“AzPolitika.info”


Şərhlər