Menu

Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

19.02.2024, 11:06
Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitəsinin iclasları keçiriləcək.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qurumun qış sessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək.

Səfər fevralın 24-də başa çatacaq.

Şərhlər

Vətəndaş 2024-02-19 15:11:32

ATƏT-ə göndərilən deputatların tərkibi dəyişiləcəkmi?Səməd Seyidovun komanası rüşvət,kürü qalmqalında ölkəni biabır edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol