Menu

"Zəngəzur dəhlizinin iki alternativi var" - "2028-ci ildə bütün işləri başa çatdıracağıq"

19.02.2024, 12:21
"Zəngəzur dəhlizinin iki alternativi var" - "2028-ci ildə bütün işləri başa çatdıracağıq"

"Zəngəzur dəhlizinin iki alternativi var. Ermənistanla problem yaranarsa, 43 kilometrlik marşrut İrandan keçə bilər".

"AzPolitika.info" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Hürriyet"-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda rəsmi Bakı bu məsələ ilə bağlı Tehranla əlaqə saxlayır və hər iki variant nəzərdən keçirilir:“Ermənistandan keçən bu marşrutdanxəbərdarsınız. Bu, 43 kilometrlik bir marşrutdur. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ var və bunların hər ikisi hazırda masadadır”.

“Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur. Zəngəzur dəhlizi layihəsinin 5 il ərzində həyata keçiriləcəyinə ümid edirik. Dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi başa çatmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu isə 224 kilometrdir. Düşünürəm ki, 2028-ci ildə bütün işləri başa çatdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol