Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.
"Oxu.az"-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər.
O da “yox” cavabı verdiyi üçün döyülüb.
Rauf Yəhyayev "oxu.az"-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər: “Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.
Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Mütləq mənada direktor təqsirkardır. Ölkədə heç kim bircə dənə fakt göstərə bilməz ki, hansısa direktor kiməsə rüşvət vermədən direktor olub. BİR DƏNƏ NÜMUNƏ YOXDUR. Burdan da belə bir nəticə çıxır ki, ölkədki direktorların hamısı saxtakar və yalançıdır. Onlar təmsil etdikləri sahəni talamaq, altıənı-üstünə çevirmək, övladlarını qudurtmaq,ailələrini harınlatmaq üçün bu vəzifəni satın alıblar. Bir sözlə həkim öləndə, direktor öləndə və ya öldürüləndə mən sevinirəm. BÜTÜN XƏSTƏLƏRİN DƏRDİ BÜTÜN DİREKTORLARA GETSİN!