Avropa Kosmik Agentliyinin 29 il əvvəl kosmosa göndərdiyi peyk yanacağı bitdiyi üçün Yerə düşəcək.
"AzPolitika.info" xəbər verir ki, 1995-ci ildə buraxılan "ERS-2" peyki 10 il əvvəl sıradan çıxıb. Yanacağı bitən 11 tonluq peykin nəzarətsiz şəkildə Yerin atmosferinə daxil olacağı gözlənilir.
Məlumata görə, fevralın 19-da saat 01.26-da Yerə düşəcək peykin dəqiq hansı əraziyə düşəcəyi bəlli deyil.
Avstraliyanın "HEO" şirkəti tərəfindən çəkilmiş qorxulu görüntülərdə ERS-2-nin Yerə doğru sürətlə hərəkət etdiyi görünüb.
Mütəxəssislər bildirirlər ki, peyk böyük ehtimalla atmosferə girən kimi parçalanacaq və Yerə çatmazdan əvvəl yanacaq.
Bununla belə, peykin kiçik hissələrin yerə düşərək insanlara zərər verməsi mümkündür.
"AzPolitika.info"


Şərhlər
Yap yaxşı