Menu

Numan Kurtulmuş Azərbaycana səfərə gəlir

19.02.2024, 15:29
Numan Kurtulmuş Azərbaycana səfərə gəlir

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevarlın 21-də Azərbaycana səfər edəcək.

"Report"un xəbərinə görə, o, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.

Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol