Menu

Ukraynaya "Bayraktar vetosu" - 3 ölkə qarşı çıxdı

19.02.2024, 15:38
Ukraynaya "Bayraktar vetosu" - 3 ölkə qarşı çıxdı

Fransa, Yunanıstan və Cənubi Kipr Avropa İttifaqının fondları vasitəsi ilə Ukrayna üçün Türkiyənin "Bayraktar" uçuş aparatlarının və artilleriya mərmilərinin alınmasına veto qoyublar.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" nəşri məlumat yayıb.

Qəzet "Bayraktar" şirkətinin istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması planının bu 3 ölkə tərəfindən əngəlləndiyini iddia edib.

Brüsseldəki diplomatik mənbəyə əsaslanan xəbərə görə, Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları və artilleriya mərmiləri almağı planlaşdırırdı. Qəzet Türkiyədən Ukraynaya göndəriləcək böyük həcmdə bir sifarişin olduğunu yazıb.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Yunanıstan Avropa müdafiə sənayesinin inkişafını nəzərdə tutan bir siyasətin tərəfdarıdır, vətəndaşlarının ödədikləri verginin Türkiyənin müdafiə sənayesinə dəstək olmasını istəmir. Həmin mənbə qeyd edib ki, Fransa da öz silahları ilə rəqabət aparacaq silahların satışı üçün pəncərə açılmasını istəmir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol