Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxarılmasına ehtiyac yoxdur.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Avropalı fermerlərin problemi ondan ibarətdir ki, Brüssel istehsalı onlar üçün getdikcə daha bahalaşdıran qaydalar müəyyən edir... Eyni şey Macarıstana da aiddir. Lakin eyni qaydaların tətbiq edilmədiyi ölkələrdən kənd təsərrüfatı məhsullarının Avropaya idxalına icazə verirlər" - deyə, Orban bildirib.
O, qaydaların dəyişdirilməsinə ehtiyac olduğunu söyləyib və qeyd edib ki, Brüsseldə heç kim fermerləri dinləmir.
“AzPolitika.info”


Şərhlər