Menu

Saxta pul hazırlamaqda ittiham olunan şəxsin həbs müddəti 3 ay uzadılıb

20.02.2024, 16:38
Saxta pul hazırlamaqda ittiham olunan şəxsin həbs müddəti 3 ay uzadılıb

Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovun həbs müddəti 3 ay uzadılıb.

Bu barədə “Report”a onun vəkili Anar Qasımlı məlumat verib.

Qərar Nərimanov Rayon Məhkəməsində elan olunub.

Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə şübhəli bilinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol