Menu

Şarl Mişel və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

20.02.2024, 18:15
Şarl Mişel və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Aİ lideri “X” platformasında bildirib.

Tərəflər Ermənistan-Aİ münasibətlərini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib.

Şarl Mişel qeyd edib ki, Cənubi Qafqazda sülh gündəliyi Aİ-nin gündəliyində mühüm yer tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol