Menu

Navalnının qardaşı axtarışa verildi - Cinayət işi qaldırılıb

20.02.2024, 18:19
Navalnının qardaşı axtarışa verildi - Cinayət işi qaldırılıb

Fevralın 16-da öldüyü bildirilən Aleksey Navalnının qardaşı Oleq Navalnı axtarışa verilib.

“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Oleq Navalnı barəsində yeni cinayət işinin başlanması və axtarışa verilməsi barədə qərar çıxarıb.

Axtarış bazasında deyilir ki, Oleq Anatolyeviç Navalnı Rusiya Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. Lakin bu maddənin adı və nə ilə bağlı olduğu göstərilmir.

Qeyd edək ki, Oleq Navalnı 2022-ci ilin yanvarında da axtarışa verilmişdi. Ona qarşı cinayət işi 2021-ci il yanvarın 23-də Moskvada Aleksey Navalnıya dəstək aksiyasının təşkili ilə bağlı idi. Bundan sonra ona qarşı “sanitar-epidemioloji qaydaların pozulması” da daxil olmaqla bir sıra cinayət işləri açılıb. O.Navalnının hazırda ölkə xaricində olduğu bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol