Menu

“Rusiya buna İran və Şimali Koreyanın sayəsində nail olub” – “Avdeyevkanın işğalı strateji vəziyyəti dəyişməyəcək”

21.02.2024, 15:10
“Rusiya buna İran və Şimali Koreyanın sayəsində nail olub” – “Avdeyevkanın işğalı strateji vəziyyəti dəyişməyəcək”

Rusiya İran və Şimali Koreyanın dəstəyi sayəsində Avdeyevkanı tuta bildi. Bununla yanaşı, Moskva daha çox qüvvə səfərbər edib və silah istehsalını artırıb.

“AzPolitika.info” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Azadlıq” radiosuna müsahibəsində deyib.

Onun fikrincə, Avdeyevkanın tutulması cəbhəyə ciddi təsir etməyəcək: "Biz inanmırıq ki, Ukrayna qoşunlarının Avdeyevkadan geri çəkilməsi faktı özlüyündə strateji vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək. Eyni zamanda bu, Rusiyanın kiçik ərazi uğurları üçün çoxlu əsgərini qurban verməyə hazır olduğunu göstərir".

Stoltenberqin fikrincə, Rusiya Federasiyasının Avdeyevkadakı uğuru İran və KXDR ilə əməkdaşlığın, eləcə də əlavə qüvvələrin səfərbər olunmasının nəticəsidir. Bu, həm də müttəfiqlərin Ukraynanı daha fəal dəstəkləməyə davam etməsi üçün bir siqnaldır. NATO Baş katibinin fikrincə, eyni zamanda, Ukrayna Rusiya işğalçılarına qarşı mübarizəni davam etdirmək üçün lazım olan sayda şəxsi heyəti səfərbər etməlidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol