Keçmiş qondarma qurumun başçısı Samvel Şahramanyan Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilməyə çağırılıb.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Şahramanyan korrupsiyada ittiham olunur.
Onun vəkili jurnalistlərə deyib ki, Şahramanyan Xankəndidə külli miqdarda pulun və avtomobillərin “yoxa çıxması” işilə bağlı dindirilir: “Onu dindirmək üçün çağırış vərəqəsi veriblər, lakin onun törətdiyi əmələ görə yox, “artsax”da müəyyən məbləğdə pulun yoxa çıxması və avtomobillərin oğurlanmasına görə. Şahramanyan bütün bunlarla bağlı İstintaq Komitəsinə izahat təqdim edib. O, ilk dəfə deyil ki, dindirilməyə çağırılır, təxminən ay yarım əvvəl də İstintaq Komitəsinə dəvət olunub və dindirmədə iştirak edib”.
Qeyd edək ki, bu gün həmçinin, Şahramanyanın cangüdənlərindən biri həbs edilib.
“AzPolitika.info”


Şərhlər