Menu

Ukraynalılar seçkilər və Zelenski ilə bağlı nə düşünürlər? – SORĞU

22.02.2024, 12:06
Ukraynalılar seçkilər və Zelenski ilə bağlı nə düşünürlər? – SORĞU

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu 2023-cü ilin dekabrında müharibə zamanı seçki və Zelenskinin ikinci müddətə prezident seçilməsi ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, sorğuda iştirak edən ukraynalıların 84 faizi hesab edir ki, hazırda seçki keçirməyə ehtiyac yoxdur və bu məsələ bir müddət təxirə salınmalıdır. 15% -lik kəsim isə seçkilərin keçirilməli olduğuna inanır. Digər tərəfdən ukraynalıların böyük əksəriyyəti (69%) hesab edir ki, Volodimir Zelenski hərbi vəziyyət sona çatana qədər prezident vəzifəsini icra etməlidir. Zelenskinin 2024-cü ilin mayında istefa verməsi və onun səlahiyyətlərindən yeni prezident seçilənə qədər Ali Radanın rəhbəri tərəfinə həvalə edilməsi variantını dəstəkləyənlərin nisbəti 10%-dir.

Zelenskiyə güvənənlərin 87 faizi hesab edir ki, o, seçkisiz hərbi vəziyyətə son qoymağa çalışmalıdır. Eyni zamanda, Zelenskiyə etibar etməyənlərin 38 faizi onun hərbi vəziyyətin sonuna qədər prezident vəzifəsini icra etməsi ilə razılaşır, 54 faizi isə dəyişiklik ehtimalını dəstəkləyir.

Sosioloqların fikrincə, bütün regionlarda bu məsələyə baxışlar kifayət qədər oxşardır. Seçkilərin zəruriliyi ilə bağlı fikirlərindən asılı olmayaraq, ukraynalıların yarıdan çoxu (53%) hesab edir ki, Zelenski növbəti seçkilərdə iştirak etməlidir. Qeyd olunur ki, 2023-cü ilin dekabrında bu nisbət 59% təşkil edib.

Digər tərəfdən, Zelenskinin ikinci dəfə przident seçilməsinin əleyhinə olanların nisbəti də artaraq 2023-cü ilin dekabrında 34 faizdən 2024-cü ilin fevralında 43 faizə yüksəlib. Qərb və Cənub bölgələrinin sakinləri Zelenskinin növbəti seçkilərdə iştirakını nisbətən az, Mərkəz və Şərq bölgələrinin sakinləri isə nisbətən daha çox dəstəkləyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol