Fevralın 20-də Ukrayna ordusu Donetsk vilayətinin işğal olunmuş hissəsindəki təlim poliqonuna endirdiyi raket zərbələri nəticəsində 68 rus əsgəri həlak olub.
Siyahıda Trans-Baykal 36-cı motoatıcı briqadasının 65 əsgərinin adı var, daha üç nəfərin adı məlum deyil. Siyahının həqiqiliyini bu bölmənin hərbçisi yerli mətbuata təsdiqləyib. Onun sözlərinə görə, zərbə o qədər güclü olub ki, poliqonda hər şey dağılıb. Mənbə həmçinin çoxlu sayda əsgərin yaralandığını, onların bir qisminin Rostov xəstəxanasına göndərildiyini qeyd edib.
“Mühüm hekayələr” nəşri sosial şəbəkələrdə ölən altı əsgərin səhifələrini də tapıb. Onların hamısı hücum günü onlayn olub və bir daha öz hesablarına daxil olmayıblar.
Dünən BBC Rus Xidməti xəbər verib ki, fevralın 20-də günorta Ukrayna ordusu iki HIMARS raketi ilə təlim meydançasını vurub. Zərbə anında üç rotanın hərbi qulluqçuları poliqonda sıraya düzülüb komandiri gözləyiblər. BBC təlim meydançasından onlarla ölü hərbçinin meyitlərini əks etdirən fotoşəkillər və videolar yayıb.
Ukrayna hücumu şərh etməyib, lakin həmin gün rus qoşunlarının 9 konsentrasiyasına hücum edildiyini bildirib. Transbaikal səlahiyyətliləri hücum faktını birbaşa təkzib etmir, lakin "məlumatın etibarsız və çox şişirdildiyini" deyiblər. İndiyədək onlar poliqonda dörd hərbçinin öldüyünü təsdiqləyiblər. Transbaikaliya qubernatorunun müavini fevralın 22-də və 23-də həlak olanların xatirəsinə ehtiram olaraq regionda dövlət bayraqlarının endiriləcəyini yazıb, lakin sonradan bu postu silib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər