ALMANİYA UKRAYNAYA UZAQMƏNZİLLİ SİLAHLAR GÖNDƏRİR - Parlament hakim koalisiyanın təklifini təsdiq etdi

Almaniya Bundestaqı müxalifətin Ukraynaya “Taurus” raketlərinin tədarükü təklifinin əleyhinə səs verib. Amma eyni zamanda hakim koalisiyanın “uzaq mənzilli silahlar” tədarükü təklifini təsdiqləyib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Bundestaqın mətbuat xidməti məlumat yayıb.

Almaniyanın bu silah sistemindən birbaşa bəhs edən CDU/CSU parlament qrupunun təklifi cəmi 182 deputatın dəstəyini qazanıb. 480 nəfər əleyhinə səs verib, daha 5 nəfər bitərəf qalıb. Bundan sonra hakim koalisiyanın təklif etdiyi alternativ qətnamə səsverməyə çıxarılıb. Bu sənəddə birbaşa “Taurus” raketlərindən bəhs edilmir, “əlavə uzaqmənzilli silah sistemlərinin tədarükü”ndən bəhs edilir. Almaniya indiyədək Ukraynaya belə bir tərif altında təsnif edilə bilən heç bir silah ötürməyib.

Qeyd edək ki, "Taurus" Almaniya-İsveç istehsalı olan "hava-yer" tipli uzun mənzilli qanadlı raketdir və dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar