Menu

“Bu raketlərlə Krımı “şumlamaq” olar” – “”F-16”-lar bunu edə bilər...”

22.02.2024, 18:35
“Bu raketlərlə Krımı “şumlamaq” olar” – “”F-16”-lar bunu edə bilər...”

“Ukraynanın “F-16” təyyarələrinin hansı raketlərlə təmin olunacağı olduqca vacibdir. Ən yaxşı variant 900 kilometrə qədər vura bilən raketlər olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Petr Çernik yerli kanala açıqlamasında deyib.

Çernik hesab edir ki, bu raketlər vasitəsilə Ukrayna Krımda istədiyini edə və Rusiyanın bütün logistika xətlərini vura bilər: “Məncə, “F-16” ilə hava-yer rejimində gələn ən yaxşı raket 900 kilometr dərinliyə qədər zərbə vura bilən AGM 158 JASSM-dir. Bu, bütün logistika və hərbi infrastrukturu atəş altında saxlamaq deməkdir. Təyyarə hətta düşmənin zenit-raket komplekslərinin çata biləcəyi zonaya yaxınlaşmadan tapşırığı yerinə yetirə bilər. Xüsusilə Krım yarımadasına gəldikdə, bu cür raketlər orada hər şeyi “şumlaya” bilər".

O, əlavə edib ki, belə raketlər ancaq ABŞ anbarlarında mövcuddur və onların sayı təxminən 5 min ədəddir: “Amma eyni zamanda sual yaranır ki, Ağ Ev Ukraynanı bu tip raketlərlə təchiz etməyə hazırdırmı?”

Bununla belə, Çernik ABŞ Konqresinin Ukraynaya lazımi yardım paketi təqdim edəcəyinə inandığını söyləyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol