Menu

"Ermənistan Moskva ilə tarixi münasibətlərindən uzaqlaşır" - Politico

22.02.2024, 20:01
"Ermənistan Moskva ilə tarixi münasibətlərindən uzaqlaşır" - Politico

Ermənistan Moskva ilə tarixi münasibətlərindən uzaqlaşır.

APA xəbər verir ki, bu barədə “Politico”nun Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornunun Ermənistana səfəri ilə bağlı xəbərində bildirilib.

Qeyd olunub ki, Paris Moldova və Mərkəzi Asiya ölkələri də daxil olmaqla Rusiyanın keçmiş müttəfiqləri üzərində öz nüfuzunu artırmağa çalışır.

Məlumatda qeyd olunub ki, bu gün Sebastien Lekornu ilə Ermənistana uçacaq nümayəndə heyətinin tərkibində MBDA, “Nexter”, “Safran”, “Thales” və “Arquus” da daxil olmaqla müdafiə sənayesi şirkətləri var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol